Odlar.media xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropa ölkələrinin Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı Rusiya və ABŞ arasında əldə olunmuş razılaşmaları pozmağa cəhd göstərdiyini iddia edib.
Lavrov bildirib ki, Avropa dövlətləri münaqişənin həlli istiqamətində əldə olunan razılaşmaların həyata keçirilməsinə mane olmağa çalışırlar.
Rusiyalı nazir həmçinin xatırladıb ki, Prezident Vladimir Putin daha əvvəl razılaşmalara əməl olunmayacağı təqdirdə Rusiyanın 2024-cü ilin iyununda açıqladığı məqsədlərə nail olmaq üçün alternativ addımlar atmağa hazır olduğunu bəyan edib.
Qeyd edək ki, Sergey Lavrovun səsləndirdiyi fikirlər Rusiyanın rəsmi mövqeyini əks etdirir. Ukrayna və Qərb ölkələri isə bu məsələlərlə bağlı fərqli mövqe nümayiş etdirirlər.
