🌐 Keçmişin izi, gələcəyin sözü
14 İyul 2026, saat 18:32   •   🌡️ Bakı

Nazirlər Kabinetindən yeni qərar: Bakıdakı kommunal təsərrüfat müəssisələrinin fəaliyyəti təkmilləşdirilir

Odlar.media xəbər verir ki, Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində fəaliyyət göstərən bir sıra müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı qərar qəbul edib.
Müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən, Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində fəaliyyət göstərəcək Mənzil-kommunal Təsərrüfatı, Lift Təsərrüfatı, İşıqlandırma Təsərrüfatı və Yaşıllaşdırma Təsərrüfatı müəssisələrinin nümunəvi strukturu və ştat vahidləri təsdiq edilib.
Sənədə əsasən, həmin müəssisələrin nizamnamə kapitalı Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində mənzil-kommunal, lift, işıqlandırma və yaşıllaşdırma sahələrində xidmət göstərən müvafiq qurumların əmlakı hesabına formalaşdırılacaq.