XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 11:25:10 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Ukrayna hökuməti istefaya göndərildi – Ali Rada Sviridenkonun istefasını təsdiqlədi

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Ukrayna Ali Radası Baş nazir Yuliya Sviridenkonun istefasını təsdiqləyib. Bununla da ölkə hökuməti tam tərkibdə istefaya göndərilib.
Qərar parlamentin plenar iclasında keçirilən səsvermə nəticəsində qəbul edilib. Yuliya Sviridenkonun istefasının lehinə 258 deputat səs verib. Bir deputat əleyhinə çıxıb, 5 deputat bitərəf qalıb, 47 deputat isə səsvermədə iştirak etməyib.
Yeni Baş nazir təyin olunana və Nazirlər Kabinetinin yeni tərkibi formalaşdırılana qədər hökumətə müvəqqəti olaraq Baş nazirin müavini Denis Şmıqal rəhbərlik edəcək.
Qeyd edək ki, Yuliya Sviridenko 2025-ci il iyulun 17-dən Ukraynanın Baş naziri vəzifəsini icra edirdi.

Etiketlər: