Odlar.media xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Baltikyanı ölkələrin Rusiyaya qarşı diplomatik etirazını şərh edib.
Peskov bildirib ki, Rusiyanın hərbi və kəşfiyyat qurumları pilotsuz uçuş aparatlarının haradan və necə uçduğunu izləyir və bu barədə hər şey onlara məlumdur.
“Biz heç kimə heç nə sübut etmək niyyətində deyilik. Sərhədimizə və daha ucqar bölgələrimizə yönələn təhdid mənbələrini yaxından izləyirik”, – deyə Kremlin sözçüsü vurğulayıb.
Qeyd edək ki, Latviya, Litva və Estoniya Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzinin bu ölkələrin Ukraynaya Rusiyaya zərbələr endirmək üçün öz hava məkanından istifadə etməyə imkan verdiyinə dair iddialarını əsassız adlandırıb. Bununla əlaqədar üç ölkə Rusiya diplomatik nümayəndəliyinə birgə etiraz notası təqdim edib.
