XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 12:06:15 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Dünyanın səkkizinci möcüzəsi… –Şahnaz Şahinin “Səkkizinci not” una söz ardı

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Ah-la şəkil çəkirəm.

Inanmırsan, gəl otur,

Yoxla, şəkil çəkirəm…

Ilahi qəmin, ilahi sevginin şəklini şair ruhu ilə misralarına nəqş edən Şahnaz  Şahinin lirik şeirlərində Məhsətidən üzü bu yana bütün qadın şairələrimizin sevən qəlblərinin göynərtilərini hiss etdim:

Sevgi dar ağacı – asılacağam,

Gözümün gözündən sən keçəcəksən.

İlahi ağrının, ilahi qəmin,

Şəklini üzümdən köçürəcəksən…

Ruhunun əksini şeirlərinə köçürən Şahnaz xanımın lirik şeirlərini sevə-sevə oxudum. Həm də təkcə oxumadım, yaşadım, ruhuma köçürdüm. Əslində mən Şahnaz xanımın bu yaxınlarda nəşr olunmuş “Səkkizinci not” şeirlər kitabı haqqında yazmaq istəyirdim. Kitabı bu məqsədlə başdan-başa oxuyub qeydlər etmişdim də. Amma … Sevgi şeirləri ağır gəldi, ruhuma elə çökdü ki, yazımın istiqamətini belə dəyişdi.

Və inandırdı ki, dünyanın 8-ci möcüzəsi elə məhəbbətin özüdür…

 

Esmira İsmayılova

Filologiya üzrə fəlsəfə doktoru, dosent

Odlar.media

Etiketlər: