🌐 Keçmişin izi, gələcəyin sözü
13 İyul 2026, saat 15:54   •   🌡️ Bakı

Pozitiv insanlar daha uzun ömür sürür

Odlar.media xəbər verir ki, ABŞ-də aparılan araşdırma pozitiv düşüncəyə malik insanların daha uzun ömür sürdüyünü ortaya qoyub.
Xarici mətbuatda dərc olunan məlumata görə, tədqiqat çərçivəsində on minlərlə qadın və kişi 10 il ərzində izlənilib.
Araşdırmanın nəticələrinə əsasən, pozitiv insanların digər şəxslərlə müqayisədə orta hesabla 11-15 il daha çox yaşadığı müəyyən edilib. Həmçinin onların 85 yaşa qədər yaşamaq ehtimalının daha yüksək olduğu bildirilib.
Alimlər qeyd edirlər ki, gün ərzində təxminən 20 dəqiqə yazı yazmaq, şəkil çəkmək, musiqi dinləmək, kitab oxumaq və sevgi hissini yaşamaq insanlarda pozitiv düşüncənin formalaşmasına və psixoloji rifahın artmasına müsbət təsir göstərir.