Odlar.media Rasim Balayevin qəbirüstü abidəsinin eskizi hazırlanır xəbər verir ki, Xalq artisti Rasim Balayevin qəbirüstü abidəsinin eskizi üzərində iş aparılır.
Bu barədə mərhum sənətkarın oğlu Ülvi Balayev məlumat verib. Onun sözlərinə görə, hazırda abidənin eskizinin hazırlanması prosesi davam edir və yekun qərar hələ verilməyib.
“Bu istiqamətdə işlərə başlanılıb. Hələlik yekun qərar verilməyib. Yaxın vaxtlarda eskizin hazırlanacağı gözlənilir. Bundan sonra abidənin layihəsi ilə bağlı son qərar veriləcək”, – deyə Ülvi Balayev bildirib.
Qeyd edək ki, Xalq artisti Rasim Balayev martın 29-da İstanbulda müalicə olunduğu xəstəxanada vəfat edib. Görkəmli aktyor Birinci Fəxri xiyabanda dəfn olunub.
