🌐 Keçmişin izi, gələcəyin sözü
13 İyul 2026, saat 11:46   •   🌡️ Bakı

Bakıda yaşayış binasındakı yanğında 3 nəfər xəsarət alıb

Odlar.media xəbər verir ki, Bakının Nərimanov rayonunda yaşayış binasında baş verən yanğın nəticəsində 3 nəfər xəsarət alıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) məlumatına görə, hadisə ilə bağlı iyulun 12-də saat 22:40-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsi ünvanından çağırış daxil olub.
Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası göndərilib. Hadisə zamanı bir qadın və bir kişiyə yerində tibbi yardım göstərilib.
Tüstüdən zəhərlənən daha bir qadın Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Ona zəruri tibbi yardım göstərildikdən sonra vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb.