🌐 Keçmişin izi, gələcəyin sözü
12 İyul 2026, saat 13:31   •   🌡️ Bakı

İsrail rəsmisi Lindsi Qrehemin ölümü ilə bağlı: “Ən böyük dostlarımızdan birini itirdik”

Odlar.media xəbər verir ki, İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir ABŞ senatoru Lindsi Qrehemin vəfatı ilə bağlı başsağlığı mesajı yayımlayıb.
Ben-Qvir sosial şəbəkədə paylaşdığı açıqlamada Qrehemi İsrailin ən sadiq tərəfdarlarından biri kimi xarakterizə edib.
“Bu gün İsrail ən böyük dostlarından birini itirib. Senator Lindsi Qrehem asan olduğuna görə deyil, haqlı olduğuna inandığı üçün İsrailin yanında idi. Onun sarsılmaz dəstəyi, cəsarəti və mənəvi aydınlığı milyonlarla israilli tərəfindən heyranlıqla qarşılandı”, – deyə nazir bildirib.
Qeyd edək ki, ABŞ-ın Cənubi Karolina ştatını təmsil edən respublikaçı senator Lindsi Qrehem 71 yaşında qısa sürən xəstəlikdən sonra vəfat edib. Onun ölümü senatorun ofisi tərəfindən də təsdiqlənib.