🌐 Keçmişin izi, gələcəyin sözü
12 İyul 2026, saat 10:20   •   🌡️ Bakı

Soğanı sevən insanlarda bu genetik xüsusiyyət daha çox rast gəlinir

Odlar.media xəbər verir ki, insanların soğanı sevib-sevməməsi təkcə dad zövqü ilə deyil, genetik xüsusiyyətlərlə də əlaqəli ola bilər.
Türkiyə mətbuatının yaydığı məlumata görə, alimlər 160 mindən çox insanın məlumatlarını təhlil edərək qida seçimləri ilə genlər arasındakı əlaqəni araşdırıblar. Nəticələr soğan, sarımsaq və bəzi digər qidalara üstünlük verilməsinin müəyyən genetik xüsusiyyətlərlə əlaqəli olduğunu göstərib.
Araşdırma zamanı soğanın dad və qoxusunu sevmə ilə OR2T6 geni arasında əlaqə müəyyən edilib. Müşahidələrə əsasən, bu genetik xüsusiyyətə malik şəxslərdə 2-ci tip diabet və yüksək qan təzyiqi riskinin daha aşağı ola biləcəyi ehtimal olunur.
Mütəxəssislər vurğulayırlar ki, bu nəticələr soğanın həmin xəstəliklərin qarşısını aldığı anlamına gəlmir. Tədqiqat yalnız genetik xüsusiyyətlər, qida seçimi və sağlamlıq arasında mümkün əlaqənin mövcudluğunu göstərir. Alimlərin fikrincə, bu əlaqənin dəqiq təsdiqlənməsi üçün əlavə elmi araşdırmalara ehtiyac var.