Odlar.media xəbər verir ki, Çexiyada 5,5 maqnitudalı zəlzələ baş verib.
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 20:00) qeydə alınıb.
Bildirilib ki, zəlzələnin episentri ölkənin qərbində, Plzen şəhərindən 33 kilometr şərqdə, Prşibram şəhərindən isə 14 kilometr qərbdə yerləşib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə olub.
Seysmoloqlar 5,5 maqnitudalı zəlzələni mülayim dağıntılara səbəb ola biləcək güclü yeraltı təkan kimi qiymətləndirirlər.
Hazırda xəsarət alanlar və dağıntılar barədə rəsmi məlumat açıqlanmayıb.
