XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 12:05:46 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Zelenski: ABŞ yaxın günlərdə Ukraynaya yeni hərbi yardım paketi göndərəcək

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Ukrayna yaxın günlərdə ABŞ-dan “Patriot” zenit-raket kompleksləri üçün “PAC-3” raketlərini də əhatə edən yeni hərbi yardım paketi alacaq.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “RBC-Ukrayna”ya açıqlamasında bildirib.

“Yaxın günlərdə Amerika Birləşmiş Ştatlarından yeni yardım paketi alacağıq”, – deyə Zelenski vurğulayıb.

Ukrayna liderinin sözlərinə görə, o, avropalı tərəfdaşlarla gələcəkdə “Patriot” hava hücumundan müdafiə sistemləri üçün əlavə “PAC-3” raketlərinin tədarükünə dair ayrıca razılaşmalar da əldə edib.

Zelenski həmçinin qeyd edib ki, Ukrayna ərazisində “Patriot” zenit-raket komplekslərinin istehsalına başlanılması üçün ölkənin aidiyyəti qurumları ilə beynəlxalq tərəfdaşlar arasında bir sıra texniki məsələlərin razılaşdırılması tələb olunur. O bildirib ki, danışıqlar nə qədər tez yekunlaşarsa, sistemlərin istehsalına da bir o qədər tez start veriləcək.

Etiketlər: