XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 10:34:15 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Qarabağ” “Vestri”ni 3 cavabsız qolla məğlub etdi

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda Azərbaycan çempionu “Qarabağ” İslandiyanın “Vestri” komandasını məğlub edib.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşma Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

“Qarabağ”ın heyətində hesabı 30-cu dəqiqədə Zakaria Savo açıb. İlk hissəyə əlavə olunmuş 2-ci dəqiqədə Abdullah Zubir fərqi artırıb. Oyunda son nöqtəni isə 86-cı dəqiqədə Renaldo Sefas qoyub.

Görüşü Moldovadan olan baş hakim Roman Jitari idarə edib.

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 16-da İslandiyada keçiriləcək.

Etiketlər: