Odlar.media xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın Floridadakı Mar-a-Laqo iqamətgahından bir neçə kilometr məsafədə yerləşən Palm-Biç Beynəlxalq Hava Limanının adı dəyişdirilib.
Məlumata görə, iyulun 9-dan etibarən hava limanı rəsmi olaraq “Prezident Donald C. Tramp adına Beynəlxalq Hava Limanı” adlandırılır.
Bununla yanaşı, avqustun 18-dən etibarən hava limanının Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) üzrə kodu da dəyişdiriləcək. Hazırda istifadə olunan PBI kodu ləğv ediləcək və onun əvəzinə ABŞ prezidentinin ad və soyadının baş hərflərinə uyğun DJT kodu tətbiq olunacaq.
