🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 01:32   •   🌡️ Bakı

Paşinyan İNNOPROM-2026 sərgisində iştirak edəcək

Odlar.media xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan iyulun 6-dan 9-dək Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək İNNOPROM-2026 beynəlxalq sənaye sərgisində iştirak edəcək.
Bu barədə Axar.az Ermənistan mətbuatına istinadən məlumat yayıb.
Məlumata görə, beynəlxalq sənaye sərgisində Rusiyanın Baş naziri Mixail Mişustin, Belarusun Baş naziri Aleksandr Turçin, Qazaxıstanın Baş naziri Oljas Bektenov və Qırğızıstanın Baş naziri Adılbek Qasıməliyev də iştirak edəcəklər.
Qeyd edək ki, İNNOPROM beynəlxalq sənaye sərgisi hər il müxtəlif ölkələrin hökumət nümayəndələrini, sənaye şirkətlərini və investorları bir araya gətirən nüfuzlu beynəlxalq tədbirlərdən biri hesab olunur.