Odlar.media xəbər verir ki, tanışına övladının həbsdən azadlığa buraxılmasına köməklik edəcəyini vəd edərək dələduzluq etməkdə təqsirləndirilən Sevinc İslamovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm elan olunub.
Hökmə əsasən, Sevinc İslamova 5 il müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs olunub.
İttihama görə, təqsirləndirilən şəxs zərərçəkmişdən müxtəlif vaxtlarda ümumilikdə 65 min manat pul alıb. Verilən vədin yerinə yetirilmədiyini görən zərərçəkmişlər hüquq-mühafizə orqanlarına müraciət ediblər və nəticədə Sevinc İslamova saxlanılıb.
Məlumata əsasən, təqsirləndirilən şəxs istintaq dövründə zərərçəkmişə dəymiş maddi ziyanın bir hissəsini ödəyib.
Sevinc İslamovaya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) ilə ittiham irəli sürülüb.
