🌐 Keçmişin izi, gələcəyin sözü
25 Avqust 2026, saat 08:47   •   🌡️ Bakı

MEDİA çap mediasına dəstək müsabiqəsinin nəticələrini açıqlayıb

Odlar.media xəbər verir ki, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən çap mediası subyektlərinin inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, eləcə də dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil olunan müsabiqənin nəticələri açıqlanıb.

Məlumata görə, müsabiqə çap mediası subyektlərinin dayanıqlı inkişafının təmin edilməsi, iqtisadi müstəqilliyinin gücləndirilməsi və peşəkar fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə keçirilib.

Qeyd edək ki, müsabiqənin nəticələri MEDİA-nın rəsmi internet səhifəsində yerləşdirilib.