Odlar.media xəbər verir ki, Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən onlayn media subyektlərinə (veb-saytlara) dəstək layihəsi çərçivəsində elan edilmiş müsabiqənin nəticələri açıqlanıb.
Bu barədə MEDİA-dan məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, eləcə də dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil olunan müsabiqənin nəticələri Agentliyin rəsmi internet səhifəsində yerləşdirilib.
Qeyd edək ki, müsabiqənin keçirilməsində əsas məqsəd ölkədə onlayn media subyektlərinin dayanıqlı inkişafının təmin edilməsi, peşəkar fəaliyyətin təşviqi və media sahəsində keyfiyyət göstəricilərinin artırılmasına dəstək verməkdir.
