Odlar.media xəbər verir ki, Rusiyanın Moskva vilayətinin Lyubertsı şəhərində yerləşən elektrik yarımstansiyalarından birində yanğın baş verib.
Rusiya mətbuatının yaydığı məlumata görə, Kotelniki şəhər dairəsinin rəhbəri Mixail Sobolev “Rosset” şirkətinə məxsus yarımstansiyada qəzanın baş verdiyini açıqlayıb.
Onun sözlərinə görə, hadisə nəticəsində Lyubertsı və Kotelniki şəhərləri də daxil olmaqla, Moskva vilayətinin bir sıra ərazilərində elektrik enerjisinin verilişi dayandırılıb.
Hazırda qəzanın nəticələrinin aradan qaldırılması və elektrik təchizatının bərpası istiqamətində müvafiq qurumlar tərəfindən işlər aparılır. Hadisənin səbəbləri ilə bağlı əlavə məlumat verilməyib.
