🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 01:31   •   🌡️ Bakı

İranın məhkəmə sistemində mühüm dəyişiklik gözlənilir

Odlar.media xəbər verir ki, İranın Məhkəmə-Ədliyyə Sisteminin rəhbəri Qulamhüseyn Möhsün Ejeinin səlahiyyət müddəti başa çatdıqdan sonra vəzifədə saxlanılmayacağı ilə bağlı məlumatlar yayılıb.
İran mediasının məlumatına görə, ölkənin ali rəhbəri Müctəba Xamenei Ejeinin səlahiyyətlərini daha beş il müddətinə uzatmamaq və onun yerinə yeni şəxs təyin etmək niyyətindədir.
Məlumatlarda qeyd olunur ki, Qulamhüseyn Möhsün Ejeinin vəzifədən uzaqlaşdırılması məhkəmə sistemində islahatlarla deyil, daha çox ölkənin əsas dövlət institutlarında kadr dəyişikliklərinin həyata keçirilməsi ilə əlaqələndirilir. Ekspertlər bu addımı Müctəba Xameneinin hakimiyyət strukturlarında özünə yaxın şəxslərin mövqelərini gücləndirməyə yönəlmiş daha geniş siyasi kursun tərkib hissəsi kimi qiymətləndirirlər.
Qeyd edək ki, Qulamhüseyn Möhsün Ejei 2021-ci ildən İranın Məhkəmə-Ədliyyə Sisteminə rəhbərlik edir və onun beşillik səlahiyyət müddəti bu il başa çatır.