🌐 Keçmişin izi, gələcəyin sözü
25 Avqust 2026, saat 12:26   •   🌡️ Bakı

Qazaxıstanda Qurultaya deputat seçkilərinin tarixi müəyyənləşib

Odlar.media xəbər verir ki, Qazaxıstanda Qurultaya (parlament) deputat seçkiləri bu il avqustun 23-də keçiriləcək.
Məlumata görə, bununla bağlı müvafiq fərmanı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev imzalayıb.
Sənədə əsasən, Qazaxıstanın Mərkəzi Seçki Komissiyasına Qurultay deputatlarının seçkilərinin hazırlanması və keçirilməsinin təşkili tapşırılıb.
Bununla yanaşı, Qazaxıstan hökumətinə, paytaxtın, vilayətlərin və respublika əhəmiyyətli şəhərlərin akimlərinə seçki kampaniyasının təşkilati, maddi-texniki və maliyyə təminatı ilə bağlı bütün zəruri tədbirlərin operativ şəkildə həyata keçirilməsi barədə göstəriş verilib.