Odlar.media xəbər verir ki, paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur. Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Məlumata əsasən, hazırda Bakının aşağıdakı yol və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində intensivlik və sıxlıq qeydə alınıb:
Bakı-Sumqayıt şosesi – “20 Yanvar” metro stansiyası istiqamətində;
Ziya Bünyadov prospekti – Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;
1-ci Gölkənarı yolu – Ziya Bünyadov prospekti istiqamətində;
8 Noyabr prospekti – Süleyman Əhmədov küçəsi ilə kəsişmədən şəhər mərkəzi istiqamətində;
Alı Mustafayev küçəsi – Ziya Bünyadov prospekti istiqamətində.
NİİM sürücülərə qeyd olunan istiqamətlərdə hərəkət edərkən ehtiyatlı olmalarını, mümkün alternativ marşrutlardan istifadə etmələrini və yol hərəkəti qaydalarına ciddi riayət etmələrini tövsiyə edir.
