XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 11:23:48 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

ATU-nun professor-müəllim heyəti və fəal tələbələri üçün Nabranda istirahət günü təşkil edilib

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Azərbaycan Tibb Universitetinin (ATU) Həmkarlar İttifaqı Komitəsi əməkdaşların sosial rifahının yüksəldilməsi və asudə vaxtlarının səmərəli təşkili istiqamətində fəaliyyətini davam etdirir. Bu məqsədlə universitetin professor-müəllim heyəti və fəal tələbələri üçün növbəti istirahət proqramı həyata keçirilib.
Təşkil olunan tədbir çərçivəsində ATU-nun I Müalicə-profilaktika fakültəsinin 40 nəfərdən ibarət professor-müəllim heyəti, eləcə də ali təhsil müəssisəsinin ictimai həyatında fəal iştirak edən tələbələr Nabran qəsəbəsində yerləşən “Təbib” istirahət mərkəzinə birgünlük səfər ediblər.
İştirakçılar üçün təşkil olunan istirahət proqramı onların asudə vaxtlarının səmərəli keçirilməsinə, kollektiv münasibətlərin möhkəmləndirilməsinə və sosial aktivliyin artırılmasına xidmət edib.
Məlumat üçün bildirək ki, ATU əməkdaşlarının hərtərəfli istirahətinin təşkili məqsədilə fəaliyyət göstərən “Təbib” istirahət mərkəzi 1994-cü ildən universitetin Həmkarlar İttifaqı Komitəsinin sərəncamına verilib. Hazırda hər il 500-ə yaxın professor-müəllim heyəti üzvü, texniki işçi, onların ailə üzvləri və tələbələr bu mərkəzdə istirahət etmək imkanı əldə edirlər.

 

 

Hazırladı: Fuad Biləsuvarlı

Odlar.media

Etiketlər: