XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 10:35:00 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Qarabağ” Macarıstan millisinin müdafiəçisini transfer etməyə yaxındır

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, “Qarabağ” futbol klubu heyətini daha bir oyunçu ilə gücləndirməyə hazırlaşır.
Belçikalı jurnalist Saşa Tavolyeri və Macarıstanın “Nemzeti Sport” nəşrinin yaydığı məlumata görə, Ağdam təmsilçisi Macarıstanın “Zalaegerszeg” klubunun müdafiəçisi Bense Varkonyinin transferi ilə bağlı razılıq əldə edib.
Məlumatda bildirilir ki, “Qarabağ” 24 yaşlı macar mərkəz müdafiəçisinin transferi üçün 1 milyon avro ödəyəcək. Tərəflər arasında 3 illik müqavilənin imzalanmasının nəzərdə tutulduğu qeyd olunur.
Qeyd edək ki, Bense Varkonyinin “Zalaegerszeg” klubu ilə qüvvədə olan müqaviləsinin müddəti 2026/2027-ci il mövsümünün sonuna qədər davam edir.

Etiketlər: