Odlar.media xəbər verir ki, ABŞ Ali Məhkəməsi ABŞ Prezidenti Donald Trampın yazıçı E. Jean Karrolla bağlı cinsi təcavüz və böhtan işi üzrə münsiflər heyətinin qərarının ləğv edilməsi tələbi ilə etdiyi müraciəti rədd edib.
Məlumata görə, bununla da Donald Trampın E. Jean Karrol qarşısında hüquqi məsuliyyət daşıdığı barədə əvvəlki məhkəmə qərarı qüvvədə saxlanılıb.
Ali Məhkəmənin qərarından sonra Donald Tramp sosial şəbəkə hesabında paylaşım edərək, sözügedən işi “saxta iddia” adlandırıb. O, qəbul edilən qərarın ABŞ-ın əsas dəyərlərinə zidd olduğunu bildirib və hüquqi mübarizəsini davam etdirəcəyini vurğulayıb.
Qeyd edək ki, E. Jean Karrol Donald Trampı 1996-cı ildə Nyu-York şəhərində yerləşən mağazalardan birində ona qarşı cinsi təcavüz törətməkdə ittiham etmişdi. 2023-cü ildə münsiflər heyəti Trampı məsul hesab edərək, onu cinsi təcavüz və böhtanla bağlı ümumilikdə 5 milyon dollar məbləğində təzminat ödəməyə məhkum etmişdi.
