🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 01:31   •   🌡️ Bakı

Azərbaycanda müəllimlərin orta aylıq əməkhaqqı 1030 manata yüksəlib

Odlar.media xəbər verir ki, Azərbaycanda müəllimlərin orta aylıq əməkhaqqı 1030 manata çatıb. Bu barədə elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma: səriştəli müəllim – keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı məlumat verib.
Nazirin sözlərinə görə, 2014-cü illə müqayisədə müəllimlərin orta aylıq əməkhaqqı təxminən 4 dəfə artıb. O vurğulayıb ki, əsas məqsəd müəllim peşəsini ölkədə ən yüksək maaşlı peşələrdən birinə çevirməkdir.
Emin Əmrullayev qeyd edib ki, müəllimlərin əməkhaqqının dərs saatına əsasən hesablanması maaşların artırılması prosesində müəyyən çətinliklər yaradır.
Nazir bildirib ki, hazırda 14 min 228 müəllim həftədə 31 saat dərs yükü ilə çalışır və onların aylıq əməkhaqqı 1500–2000 manat arasında dəyişir. Bu göstərici ölkədəki müəllimlərin ümumi sayının təxminən 12 faizini təşkil edir.
Bununla yanaşı, 14 min 372 müəllim həftədə cəmi 8 saat dərs deyir və onların aylıq əməkhaqqı təxminən 500 manatdır.