🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 02:39   •   🌡️ Bakı

İsrail rəsmiləri HƏMAS-ın yeni müharibəyə hazırlaşdığı barədə xəbərdarlıq ediblər

Odlar.media xəbər verir ki, İsrail kəşfiyyat orqanlarının və Cənub Komandanlığının yüksək vəzifəli rəsmiləri HƏMAS hərəkatının yeni hərbi qarşıdurmaya hazırlaşdığı barədə İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamirə xəbərdarlıq ediblər.
Bu barədə İsrailin “Kan Nyus” nəşrinin yaydığı məlumatda bildirilir.
Məlumata görə, israilli rəsmilər HƏMAS-ın hər ay yüzlərlə partlayıcı qurğu və tank əleyhinə raket istehsal etdiyini, 18-22 yaş arası şəxsləri silahlı dəstələrə cəlb etdiyini və “Nuqba” bölməsinin döyüşçülərinə xüsusi hazırlıq keçdiyini iddia ediblər.
Bundan əlavə, məlumatda HƏMAS-ın Sinay yarımadası vasitəsilə pilotsuz uçuş aparatları və rabitə avadanlıqlarını qaçaqmalçılıq yolu ilə Qəzza zolağına gətirməyə cəhd göstərdiyi, həmçinin bölgə boyunca yeraltı infrastrukturunu yenidən qurduğu qeyd olunur.
İsrail rəsmilərinin qiymətləndirməsinə əsasən, HƏMAS hazırda Qəzza zolağında güclü mövqelərini qoruyub saxlayır, ciddi təhlükə ilə üzləşmir və bölgədəki hakimiyyətindən imtina etmək niyyətində deyil.