XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 12:48:21 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Si Cinpin Aleksandr Lukaşenko ilə Pekində görüşüb

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Çin Xalq Respublikasının sədri Si Cinpin iyunun 29-da Pekində Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüş keçirib. Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Məlumata görə, görüş Pekində yerləşən Dyaoyuytay Dövlət İqamətgahı kompleksində baş tutub. Tərəflərin ikitərəfli əməkdaşlıq, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi apardığı bildirilir.
Bundan əvvəl Aleksandr Lukaşenko Si Cinpinin qlobal sabitliyin qorunmasına verdiyi töhfələri yüksək qiymətləndirdiyini və Çinlə strateji tərəfdaşlığın Belarus üçün mühüm əhəmiyyət daşıdığını bəyan etmişdi.

Etiketlər: