🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 02:39   •   🌡️ Bakı

Azərbaycanda hava şəraiti dəyişəcək: Bəzi rayonlarda yağış və dolu gözlənilir

Odlar.media xəbər verir ki, iyunun 29-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı və əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Lakin səhər saatlarında bəzi ərazilərdə qısamüddətli və zəif yağışın yağacağı ehtimal edilir.
Məlumata görə, cənub-qərb küləyi səhər saatlarından etibarən mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 17-20, gündüz isə 23-28 dərəcə isti olacaq. Atmosfer təzyiqinin 761 mm civə sütunu, nisbi rütubətin isə gecə saatlarında 55-65 faiz təşkil edəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidməti tərəfindən verilən məlumata əsasən, Azərbaycanın əksər rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Bununla belə, gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, ayrı-ayrı ərazilərdə yağıntının qısamüddətli intensiv xarakter daşıyacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal olunur.
Bundan əlavə, gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə duman müşahidə ediləcək. Qərb küləyinin əsəcəyi gözlənilir.
Rayonlarda havanın temperaturu gecə 16-20, gündüz 27-32 dərəcə isti təşkil edəcək. Dağlıq ərazilərdə isə gecə temperaturun 8-13, gündüz 16-21 dərəcə isti olacağı, bəzi yerlərdə isə 25-28 dərəcəyə qədər yüksələcəyi proqnozlaşdırılır.