Odlar.media xəbər verir ki, Latviya və Ukrayna arasında hərbi-sənaye əməkdaşlığının genişləndirilməsi çərçivəsində Latviyanın Rusiya və Belarusla sərhəd bölgəsində birgə dron istehsalı zavodunun yaradılması planlaşdırılır.
Bu barədə Andris Kulberqs Latviyanın Latqale bölgəsində yerləşən hərbi bazaya səfəri zamanı məlumat verib.
Baş nazir bildirib ki, iki ölkə arasında hərbi sənaye sahəsində əməkdaşlığın inkişafı prioritet istiqamətlərdən biridir və bu çərçivədə sərhəd bölgəsində birgə pilotsuz uçuş aparatlarının istehsalı müəssisəsinin yaradılması nəzərdə tutulur.
Andris Kulberqs həmçinin Rusiya və Belarus ilə sərhəddə pilotsuz uçuş aparatlarına qarşı mübarizə məqsədilə tutucu dronlardan istifadənin planlaşdırıldığını da açıqlayıb.
Onun sözlərinə görə, dron təhlükəsi yarandığı zaman hər dəfə hərbi aviasiyanın cəlb edilməsinə ehtiyac qalmayacaq. Baş nazir qeyd edib ki, bu üsul ən optimal həll olmasa da, mövcud yanaşmalarla müqayisədə daha səmərəli və iqtisadi baxımdan məqsədəuyğun alternativ hesab olunur.
