🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 02:39   •   🌡️ Bakı

Cəzaçəkmə müəssisələrində beş ayda 31 nikah qeydə alınıb

Odlar.media xəbər verir ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin cəzaçəkmə müəssisələrində bu ilin ilk beş ayı ərzində 31 nikah rəsmiləşdirilib.
Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin yanvar-may aylarını əhatə edən dövrdə penitensiar müəssisələrdə məhkumların nikahlarının dövlət qeydiyyatı həyata keçirilib.
Bununla yanaşı, 2025-ci il yanvarın 1-dən 2026-cı il iyunun 1-dək olan müddətdə Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində 6 doğum hadisəsi qeydə alınıb.
Məlumatda həmçinin bildirilib ki, ötən il ərzində ölkənin cəzaçəkmə müəssisələrində ümumilikdə 113 nikah rəsmiləşdirilib.
Qeyd edək ki, təqdim olunan statistik göstəricilər penitensiar müəssisələrdə ailə münasibətlərinin rəsmiləşdirilməsi və sosial təminat sahəsində həyata keçirilən tədbirlərin davam etdirildiyini göstərir.