Odlar.media xəbər verir ki, Bakı Dövlət Universitetinə (BDU) yeni prorektor təyin olunub.
Məlumata görə, elm və təhsil naziri Emin Əmrullayevin imzaladığı müvafiq əmrlə Mirzə Mirzəyev Bakı Dövlət Universitetinin maliyyə-təsərrüfat işləri üzrə prorektoru vəzifəsinə təyin edilib.
Bildirilib ki, Mirzə Mirzəyev bu təyinata qədər BDU rektorunun maliyyə və inzibati məsələlər üzrə müşaviri vəzifəsində fəaliyyət göstərib.
Qeyd edək ki, sözügedən vəzifəni bundan əvvəl Nəbi Ramazanlı icra edirdi. O, bir müddət əvvəl tutduğu vəzifədən azad olunub.
