Odlar.media xəbər verir ki, Yaponiyada ömrünü yük maşını sürücüsü kimi çalışaraq keçirən 60 yaşlı kişinin doğulduğu gün başqa bir körpə ilə səhv salındığı məlum olub.
Xarici KİV-in məlumatına görə, hadisə təsadüfən üzə çıxıb. Belə ki, varlı ailədə böyüyən şəxsin qızları ailə üzvləri arasında fiziki oxşarlığın olmamasından şübhələnərək gizli DNT testi həyata keçiriblər. Testin nəticələri onun bioloji ailəsinə aid olmadığını göstərib.
Bundan sonra ailə üzvləri əsl bioloji qardaşlarını axtarmağa başlayıblar və nəticədə məlum olub ki, həmin şəxs doğulduqdan dərhal sonra başqa bir körpə ilə dəyişdirilib. Beləliklə, ömrünü maddi çətinliklər içində keçirən 60 yaşlı yük maşını sürücüsünün əslində nüfuzlu və imkanlı ailədə dünyaya gəldiyi müəyyən edilib.
Bildirilir ki, digər tərəf isə zəngin ailədə böyüyüb, yüksək təhsil alıb və sonradan böyük bir şirkətin rəhbəri olub.
Yerli məhkəmə qərara alıb ki, 60 yaşlı kişi doğulduğu andan etibarən bioloji valideynlərindən ayrı düşdüyü və daha yaxşı sosial-iqtisadi şəraitdə böyümək imkanını itirdiyi üçün kompensasiya almaq hüququna malikdir. Qərara əsasən, doğuşun baş verdiyi xəstəxana ona 38 milyon yen, yəni təxminən 250 min ABŞ dolları məbləğində təzminat ödəməlidir.
