Odlar.media xəbər verir ki, Avropa Komissiyasının sədri Ursula von der Leyen iyulun 1-də Azərbaycana rəsmi səfər edəcək.
Məlumata görə, Ursula fon der Leyen səfər çərçivəsində Bakıda bir sıra görüşlər keçirəcək. Səfərin əsas müzakirə mövzularının Azərbaycan ilə Avropa İttifaqı arasında enerji əməkdaşlığı, iqtisadi əlaqələrin inkişafı və regional nəqliyyat-kommunikasiya layihələri olacağı gözlənilir.
Bildirilib ki, Avropa Komissiyası rəhbərinin Azərbaycan səfərindən sonra Ermənistana da yollanacağı gözlənilir. Məlumata əsasən, səfər Avropa İttifaqının Cənubi Qafqaz regionunda əməkdaşlığın genişləndirilməsi istiqamətində diplomatik fəaliyyətinin tərkib hissəsi kimi qiymətləndirilir.
Qeyd edək ki, bu barədə ilkin məlumatı “AnewZ” telekanalı yayıb.
