Azərbaycanda bank müştəri hesablarının sayı illik müqayisədə 18%-dən çox yüksəlib
Odlar.media xəbər verir ki, bu il iyunun 1-nə olan məlumata əsasən, Azərbaycanda bank müştəri hesablarının ümumi sayı 58 milyon 693 min 78-ə çatıb.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 18,07% artım deməkdir.
Hesabat dövründə bank müştərilərinin ümumi sayı isə 16 milyon 555 min 47 nəfər təşkil edib.
Qeyd edək ki, bank müştəri hesablarının strukturunda ən böyük pay cari hesablara məxsus olub. Belə ki, ümumi hesabların 46 milyon 13 min 502-si cari hesablar, 11 milyon 872 min 829-u kredit hesabları, 806 min 747-si isə depozit hesabları olub.