🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 02:39   •   🌡️ Bakı

Alen Simonyan Robert Köçəryana qarşı məhkəmə işində qalib gəldi

Odlar.media xəbər verir ki, Ermənistan parlamentinin sədri Alen Simonyan İrəvanın birinci instansiya məhkəməsində ölkənin sabiq prezidenti Robert Köçəryana qarşı keçirilən məhkəmə prosesində qələbə qazanıb.

“Modern.az”ın Ermənistan KİV-lərinə istinadən yaydığı məlumata görə, Robert Köçəryan Alen Simonyanın onun şərəf və ləyaqətini, həmçinin işgüzar nüfuzunu ləkələdiyini iddia edərək məhkəməyə müraciət etmişdi.

İrəvanın birinci instansiya məhkəməsi işə baxdıqdan sonra Alen Simonyanın çıxışında təhqir və ya böhtan xarakterli ifadələrin olmadığı qənaətinə gəlib və iddianı təmin etməyib.