Min
Odlar.media xəbər verir ki, ölkə ərazisinin bəzi bölgələrində qeyri-sabit hava şəraiti davam edir.
Milli Hidrometeorologiya Xidmətinin iyunun 26-sı saat 10:00-a olan məlumatına əsasən, bir sıra rayonlarda arabir şimşək çaxır və yağış yağır. Yağıntılar xüsusilə Balakən-Şəki zonasında leysan xarakteri daşıyır.
Məlumata görə, düşən yağıntının miqdarı Şəkinin Kişçay ərazisində 37 mm, Zaqatalada 20 mm, Oğuzda 19 mm, Qaxda 15 mm, Balakəndə 12 mm, Göyçay və Qəbələdə 10 mm, Mingəçevirdə 9 mm, Şamaxıda 8 mm, Ağdamda 7 mm, Şahdağda 6 mm, Qusarda 5 mm, Qubada 4 mm, Zərdabda 3 mm, Qobustanda isə 2 mm qeydə alınıb.
Bundan əlavə, Naxçıvan, Ordubad, Gədəbəy, Xızı, Şabran, Bərdə, Tərtər, Yevlax, İmişli, Şuşa, Füzuli, Kəlbəcər və Zəngilan rayonlarında da 1 millimetrədək yağıntı müşahidə olunub.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31 dərəcə, Naxçıvan Muxtar Respublikasında 32 dərəcə, Aran rayonlarında 35 dərəcə, dağlıq ərazilərdə isə 23 dərəcəyədək isti təşkil edib.
