Odlar.media xəbər verir ki, sabah paytaxtın Abbasqulu ağa Bakıxanov küçəsinin Rəşid Behbudov küçəsi ilə kəsişməsindən Azadlıq prospektinədək olan hissəsində təmir işlərinə başlanılacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Məlumata görə, aparılacaq təmir işləri ilə əlaqədar olaraq qeyd olunan ərazidə nəqliyyat vasitələrinin hərəkəti işlərin gedişindən asılı olaraq qismən və ya tam şəkildə məhdudlaşdırılacaq.
Qeyd edilib ki, tətbiq olunacaq məhdudiyyətlər təmir-bərpa işləri tam başa çatana qədər qüvvədə qalacaq.
Sürücülərə hərəkət marşrutlarını əvvəlcədən planlaşdırmaları və müvəqqəti yol hərəkəti dəyişikliklərini nəzərə almaları tövsiyə olunur.
