Odlar.media xəbər verir ki, Gürcüstanda əhalisinin sayına görə ən böyük kəndlərin siyahısı açıqlanıb.
Yayımlanan rəsmi statistikaya əsasən, 22 min 136 nəfər əhalisi olan Didi Diğomi ölkənin ən böyük kəndi hesab olunur.
Siyahının ikinci və üçüncü pillələrində isə azərbaycanlıların kompakt şəkildə yaşadığı Marneuli bələdiyyəsinin kəndləri yer alıb. Belə ki, Sadaxlı kəndinin əhalisi 10 min 32 nəfər, Qızıl-Hacılı kəndinin əhalisi isə 8 min 855 nəfər təşkil edir.
Əhalisinin sayına görə ilk onluqda həmçinin Çurçxani (7 min 662 nəfər), Martkopi (6 min 859 nəfər), Sartiçala (6 min 621 nəfər), Karaleti (6 min 28 nəfər), Muxrani (5 min 924 nəfər), Ksani (5 min 199 nəfər) və Axalşeni (5 min 63 nəfər) kəndləri yer alıb.
Qeyd edək ki, Gürcüstanın Kvemo Kartli bölgəsində yerləşən Marneuli bələdiyyəsi ölkədə azərbaycanlıların ən sıx məskunlaşdığı inzibati ərazilərdən biri hesab olunur.
