🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 01:34   •   🌡️ Bakı

Britaniya səfiri Silahlı Qüvvələr Günü münasibətilə Şəhidlər xiyabanını ziyarət edib

Odlar.media xəbər verir ki, Böyük Britaniyanın Azərbaycandakı səfiri Duncan Norman Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Şəhidlər xiyabanını ziyarət edib.
Bu barədə diplomat özünün “X” sosial şəbəkə hesabında paylaşım edib.
Səfir Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda həyatını qurban vermiş insanların xatirəsini ehtiramla yad etdiyini bildirib.
Duncan Norman qeyd edib ki, Böyük Britaniya Azərbaycanla müdafiə sahəsində inkişaf edən əməkdaşlığı yüksək qiymətləndirir və iki ölkə arasında tərəfdaşlığın daha da gücləndirilməsində maraqlıdır.
“Böyük Britaniya Azərbaycanla müdafiə sahəsində inkişaf edən əməkdaşlığı yüksək qiymətləndirir və tərəfdaşlığımızı daha da gücləndirməkdə qərarlıdır”, – deyə səfir vurğulayıb.