Odlar.media xəbər verir ki, ABŞ və İran arasında əldə olunmuş müvəqqəti razılaşmadan bir həftə sonra Fars körfəzindən neft ixracı əhəmiyyətli dərəcədə bərpa olunub.
“Bloomberg”in yaydığı məlumata görə, regiondan neft ixracının həcmi müharibədən əvvəlki səviyyənin ən azı 75 faizinə qədər yüksəlib.
Bildirilib ki, iyunun 24-dək olan üç gün ərzində Fars körfəzindən gündəlik orta hesabla təxminən 13 milyon barel neft daşınıb.
Bununla belə, nəşr qeyd edir ki, ixrac həcmlərindəki artımın böyük hissəsi yeni tədarüklərin tam bərpası ilə deyil, hərbi gərginlik, blokadalar və nəqliyyat marşrutlarının bağlanması dövründə tankerlərdə qalmış yüklərin daşınması hesabına baş verib.
Ekspertlərin qiymətləndirməsinə görə, regionda neft tədarükünün tam sabitləşməsi üçün logistika zəncirinin və nəqliyyat marşrutlarının tam şəkildə normallaşması həlledici əhəmiyyət daşıyır.
