🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 00:16   •   🌡️ Bakı

Naxçıvanda yeniyetmə cüdoçu Vəli Əliyev vəfat edib

Odlar.media xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının yeniyetmə cüdoçusu Vəli Əliyev dünyasını dəyişib.
Bu barədə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi məlumat yayıb.
Məlumatda yeniyetmə idmançının ölüm səbəbi barədə ətraflı açıqlama verilməyib.
Qeyd edək ki, Vəli Əliyev cari ilin 18 iyun tarixində keçirilən cüdo üzrə Naxçıvan Muxtar Respublikası birinciliyində qızıl medal qazanmışdı.
Faktla bağlı əlavə məlumat veriləcəyi gözlənilir.