🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 02:40   •   🌡️ Bakı

AEBA İranda nüvə obyektlərinə yaxın vaxtlarda yoxlamalara başlamağı planlaşdırır

Odlar.media xəbər verir ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ABŞ və İran arasında əldə olunmuş razılaşma çərçivəsində yaxın vaxtlarda İranın nüvə obyektlərində yoxlamalara başlamağa ümid edir.
Bu barədə AEBA-nın baş direktoru Rafael Qrossi məlumat verib.
Onun sözlərinə görə, əldə olunan anlaşma memorandumunda nüvə fəaliyyətlərinin beynəlxalq nəzarət altında saxlanılması açıq şəkildə əks olunub və bu nəzarəti həyata keçirən qurum məhz Atom Enerjisi üzrə Beynəlxalq Agentlik-dir.
“Anlaşma memorandumda açıq şəkildə bildirilir ki, nüvə sahəsi nəzarət altında olacaq. Bu nəzarəti AEBA həyata keçirir. Nəzarətin təmin edilməsi üçün isə yoxlama aparılmalıdır, başqa yol yoxdur. Artıq texniki hazırlıq işlərinə başlanılıb, yaxın vaxtlarda yoxlamalara başlamağı planlaşdırırıq”, – deyə Qrossi bildirib.
AEBA rəhbəri İranda yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarının yerləşdiyi obyektlərə də toxunub. O qeyd edib ki, bu materiallar 2025-ci ilin iyun ayından etibarən əvvəlki yerlərində qalır.
“Əsas hissəsi Fordo Nüvə Obyekti ərazisində, bir hissəsi isə Natanz Nüvə Obyekti yerləşir. Bu, bizim hazırkı qiymətləndirməmizdir. Lakin bunu təsdiqləmək üçün ilk növbədə həmin obyektlərə giriş əldə etməliyik”, – deyə o vurğulayıb.
Qrossi xatırladıb ki, AEBA mütəxəssisləri 2025-ci ilin iyun ayında həyata keçirilən son səfər zamanı bütün nüvə materiallarını ölçüb, çəkib və möhürləyiblər.