Odlar.media xəbər verir ki, qlobal fond bazarlarında əsas indekslər üzrə qarışıq dinamika müşahidə olunub.
ABŞ fond bazarlarında müsbət tendensiya qeydə alınıb. Belə ki, Dow Jones sənaye indeksi 71,72 bənd və ya 0,14% artaraq 51 920,62 bəndə yüksəlib. Bununla yanaşı, S&P 500 indeksi 0,01% azalaraq 7 357,49 bənd, Nasdaq Composite indeksi isə 0,46% geriləyərək 25 358,60 bənd səviyyəsində qərarlaşıb. NYSE Composite indeksi 0,50% artımla 23 610,72 bəndə çatıb. Kanadanın S&P/TSX Composite indeksi də 0,33% yüksələrək 34 850,21 bənd təşkil edib.
Avropa fond bazarlarında isə əsasən müsbət dinamika müşahidə edilib. Euro Stoxx 50 indeksi 0,85% artaraq 6 267,53 bəndə yüksəlib. Böyük Britaniyanın FTSE 100 indeksi 0,65% bahalaşaraq 10 529,89 bənd, Almaniyanın DAX indeksi 1,03% artaraq 24 994,83 bənd, Fransanın CAC 40 indeksi isə 0,55% yüksələrək 8 431,61 bənd olub. İspaniyanın IBEX 35 indeksi də 0,64% artaraq 19 513,60 bəndə çatıb.
Asiya-Sakit okean regionu fond bazarlarında isə əsasən mənfi tendensiya qeydə alınıb. Yaponiyanın Nikkei 225 indeksi 4,40% azalaraq 69 185,45 bəndə enib. TOPIX indeksi 1,49% geriləyərək 3 956,59 bənd təşkil edib. Honq-Konqun Hang Seng indeksi 1,60% azalaraq 22 708,36 bəndə düşüb. Çinin CSI 300 indeksi isə 2,34% enərək 4 902,59 bənd səviyyəsində qərarlaşıb.
Bununla yanaşı, Avstraliyanın S&P/ASX 200 indeksi 0,22% artaraq 8 768,30 bəndə yüksəlib. MSCI AC Asia Pacific indeksi də 1,45% artımla 278,89 bənd təşkil edib.
