Odlar.media xəbər verir ki, iyunun 23-də polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində ailə üzvlərini məlumatlandırmadan yaşadıqları ünvanı tərk etdiklərinə görə itkin düşmüş kimi axtarışa verilən 18 nəfər müəyyən edilərək tapılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev sosial şəbəkə hesabında məlumat verib.
Bildirilib ki, tapılan şəxslər aidiyyəti üzrə təhvil veriliblər.
Elşad Hacıyev vətəndaşlara müraciət edərək yaşayış ünvanını tərk edərkən ailə üzvlərini məlumatlandırmağın vacibliyini vurğulayıb. Qeyd olunub ki, bu cür hallar həm yaxınların narahatlığına səbəb olur, həm də hüquq-mühafizə orqanlarının əlavə resurs sərf etməsi ilə nəticələnir.
DİN rəsmisi vətəndaşları məsuliyyətli davranmağa və yaşayış yerini tərk etdikdə ailə üzvlərinə əvvəlcədən məlumat verməyə çağırıb.
