🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 02:40   •   🌡️ Bakı

Sosial şəbəkələrdə hədə-qorxu ilə pul tələb edən şəxs həbs olunub

Odlar.media xəbər verir ki, Azərbaycanda sosial şəbəkələrdə və internet resurslarında şəxslər barəsində rüsvayedici məlumatlar yayacağı hədəsi ilə pul tələb etməkdə şübhəli bilinən daha bir nəfər cinayət məsuliyyətinə cəlb edilib.
Məlumata görə, 10-dan çox vətəndaşın şikayəti əsasında aparılan araşdırmalar nəticəsində əvvəllər dələduzluq, böhtan, təhqir və xuliqanlıq cinayətlərinə görə məhkum olunmuş 54 yaşlı Fuad Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb.
Bildirilir ki, o, “Regionxeber” və digər internet resurslarında, eləcə də 50-dən çox saxta sosial media hesabı və səhifəsi vasitəsilə fəaliyyət göstərib.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Fuad Hüseynov barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.