🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 04:57   •   🌡️ Bakı

Saakaşvili: Rusiya regionda mövqelərini itirir Writing

Odlar.media xəbər verir ki, Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili Rusiyanın region ölkələrində təsir imkanlarının zəiflədiyini iddia edib.
Saakaşvili bildirib ki, Rusiya Macarıstan, Rumıniya, Moldova, Azərbaycan və Ermənistanda uğursuzluqlarla üzləşib, Ukraynada isə məğlubiyyətə doğru gedir.
“Ruslar Macarıstanda, Rumıniyada, Moldovada, Azərbaycanda, Ermənistanda uduzdular, Ukraynada da məğlub olurlar. Gürcüstana da yalnız bir şey qalır – bu qlobal məntiqə qoşulmaq. Bəs bu müddətdə biz nə ilə məşğul olmuşuq?”, – deyə o bildirib.
Sabiq prezident çıxışında Ukraynanın işğal altında olan Krımı enerji təcridinə saldığını və Rusiyada bəzi strateji obyektlərə zərbələr endirildiyini qeyd edib.
Saakaşvili həmçinin Gürcüstan hakimiyyətini sərt tənqid edərək, ölkədə dəyişikliklər üçün cəmiyyətin daha fəal olmasının vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, ölkədə mövcud vəziyyətin dəyişməsi üçün yalnız müxalifətin deyil, bütün cəmiyyətin səyləri tələb olunur.
Mixeil Saakaşvili əlavə edib ki, Gürcüstan hazırda belə bir prosesdən hələ də uzaq görünür.