Odlar.media xəbər verir ki, Fransa milli komandasının baş məşqçisi Didye Deşam anasının vəfat etməsi səbəbindən komandanın düşərgəsini təcili tərk edib.
Məlumata görə, baş məşqçi anasının dəfn mərasimində iştirak etmək üçün ABŞ-dan Fransaya yollanıb.
Bildirilir ki, Didye Deşam Fransa yığmasının dünya çempionatının 3-cü turu çərçivəsində Norveç millisinə qarşı keçiriləcək oyunda komandanın sükanı arxasında olmayacaq.
Onun yoxluğunda yığmaya köməkçisi Gi Stefan rəhbərlik edəcək.
Qeyd edək ki, Fransa və Norveç yığmaları arasında qarşılaşma iyunun 26-da keçiriləcək.
