Odlar.media xəbər verir ki, Azərbaycanda milli-mənəvi dəyərlərin ayrılmaz hissəsi olan və dünyada milyardlarla insan üçün mənəvi dayaq rolunu oynayan İslam dəyərlərinin qorunmasına daim xüsusi diqqət göstərilib.
Bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının iştirakçılarına ünvanladığı müraciətdə əksini tapıb.
Dövlət başçısı müraciətində qeyd edib ki, Azərbaycan İslamın həmrəylik, qarşılıqlı hörmət və əməkdaşlıq prinsiplərinin təşviqi istiqamətində ardıcıl fəaliyyət göstərir.
“Biz İslamın həmrəylik və qarşılıqlı hörmət prinsiplərinin təbliği istiqamətində müxtəlif təşəbbüslərlə çıxış edir, mütəmadi olaraq İƏT və onun qurumlarının tədbirlərinə ev sahibliyi edirik”, – deyə Prezidentin müraciətində vurğulanıb.
