Odlar.media xəbər verir ki, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) Bakıda nəqliyyatın intensiv olduğu küçə və prospektlərin siyahısını açıqlayıb.
Mərkəzin yaydığı məlumata əsasən, hazırda paytaxtın aşağıdakı yollarında nəqliyyat sıxlığı müşahidə edilir:
- Bakı–Sumqayıt şosesi – “20 Yanvar” metro stansiyası istiqamətində;
- Alı Mustafayev küçəsi – Ziya Bünyadov prospekti istiqamətində;
- Ziya Bünyadov prospekti – Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;
- Sabunçu–Zabrat şosesi – “Koroğlu” metro stansiyası istiqamətində;
- Qara Qarayev prospekti – “Qara Qarayev” metro stansiyasından “Koroğlu” metro stansiyası istiqamətində;
- 8 Noyabr prospekti – Süleyman Əhmədov küçəsi ilə kəsişmədən şəhər mərkəzi istiqamətində.
Sürücülərə qeyd olunan istiqamətlərdə hərəkət edərkən sıxlığı nəzərə almaları, mümkün olduqda alternativ marşrutlardan istifadə etmələri tövsiyə olunur.
